6 avqust 2024 at 10:54
Jurnalist kodu: 5564
Xəbər kodu: 85560000
T T
0 Persons

Sionist media: İranın hücumu gözləntisi İsraili iflic edib

6 avqust 2024 at 10:54
Xəbər kodu: 85560000
Sionist media: İranın hücumu gözləntisi İsraili iflic edib

Tehran - İRNA - Sionist rejim mediası çərşənbə axşamı səhər xəbər verib: İranın cavab hücumu gözləntiləri işğal olunmuş ərazilərin sakinlərinin və bu rejimin rəsmilərinin həyatını təşvişə salıb.

Sionist radiosu etiraf edib ki, İsmayıl Haniyənin terror edilməsindən sonra qorxu və dəhşətlə dolu bir növ gözlənti də israilliləri bürüyüb və israillilər bu terror əməliyyatına cavab gözləyirlər.

  Sionist rejimin kəşfiyyat xidmətləri də müttəfiqlərinin köməyi ilə hücumun növü, məqsədi və vaxtını əldə etməyə çalışırlar.

Küçələrin sakitliyinə və hər bir sionistin üzündəki narahatlıqlara işarə edən bu ivrit dilli media bunu Korona dövrünün şərtlərinə bənzədir.

İvrit dilli media da keçidlərin və hava limanlarının iş rejiminin pozulmasından, bir çox reyslərin ləğvindən və sərnişinlərin çaşqınlığından danışır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .